Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Moskvada keçirilən beynəlxalq forumda iki mükafat alıb

Azərbaycan Beynəlxalq Bankı Moskvada keçirilən beynəlxalq forumda iki mükafat alıb
# 09 mart 2010 11:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiya paytaxtında MDB-nin İqtisadi İnkişafın İşgüzar Mərkəzinin təşəbbüsü ilə MDB İcraiyyə Komitəsi, Rusiya İqtisadi İnkişaf Nazirliyi və MDB-nin Maliyyə-Bank Şurasının dəstəyi ilə Birliyə üzv olan ölkələrin Beynəlxalq İqtisadi Forumu keçirilib. Forumda iştirak edən Azərbaycan Beynəlxalq Bankının Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə tədbirdə Rusiya və MDB ölkələrinin dövlət orqanları, iri şirkət və holdinq, ictimai birliklər, aparıcı biznes qurumlarının rəhbərləri iştirak ediblər.

Forumda yanacaq-energetika, nəqliyyat, tikinti, maliyyə-bank, informasiya texnologiyaları kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Forum çərçivəsində 10 nominasiyada «MDB-nin Biznesin Lideri» mükafatının təqdimatı keçirilib. Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev maliyyə-bank əməkdaşlığı sahəsində «İqtisadi əməkdaşlığın lideri» nominasiyasında «MDB-nin Biznesin Lideri» mükafatına layıq görülüb. «ABB-Moskva» bankı İdarə Heyətinin sədri Fuad Abdullayev isə «MDB ölkələrinin iqtisadi inteqrasiyanın inkişafında əməyinə» görə Fəxri Diplomla mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR