İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri bankların mövcud kredit portfelinin depozit portfelinə nisbəti kimi çıxarılır. Bu əmsalın hesablanması bizə bankların cari likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərinin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.01.2010-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Kredit/Depozit | |
1 | Birlik Bank | 36,51 |
2 | Gəncəbank | 9,09 |
3 | Qafqaz İnkişaf Bankı | 6,62 |
4 | AccessBank | 4,76 |
5 | Azərbaycan Kredit Bankı | 4,54 |
6 | Atrabank | 4,09 |
7 | NBCBank | 3,67 |
8 | Kredo Bank | 3,24 |
9 | Deka Bank | 3,01 |
10 | Zamin Bank | 2,73 |
11 | Günaybank | 2,72 |
12 | Nikoil Bank | 2,57 |
13 | Bank Standard | 2,21 |
14 | Turanbank | 2,17 |
15 | DəmirBank | 2,09 |
16 | United Credit Bank | 2,04 |
17 | Melli İran Bankı - Bakı | 2,01 |
18 | Azərbaycan Beynəlxalq Bankı | 1,96 |
19 | Texnikabank | 1,92 |
20 | Bank of Azerbaijan | 1,91 |
21 | Muğan Bank | 1,70 |
22 | Xalg Bank | 1,64 |
23 | YapıKredi Bank Azerbaijan | 1,63 |
24 | Royal Bank | 1,63 |
25 | AGBank | 1,60 |
26 | Unibank | 1,53 |
27 | Bank of Baku | 1,37 |
28 | Kapital Bank | 1,32 |
29 | Bank Avrasiya | 1,21 |
30 | Bank Respublika | 1,21 |
31 | Parabank | 1,05 |
32 | Amrahbank | 0,97 |
33 | Rabitabank | 0,86 |
34 | Azər-Türk Bank | 0,82 |
35 | Paşa Bank | 0,79 |
36 | AtaBank | 0,76 |
37 | Azərbaycan Sənaye Bankı | 0,74 |
38 | Azərnəqliyyatbank | 0,46 |
39 | Kövsər Bank* | - |
* «Kövsər Bank» İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.
Likvidlik əmsalına gəldikdə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır.
Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olarsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifdir.
Renkinqdən göründüyü kimi, adları çəkilən 39 bankdan yalnız 3-də («Amrahbank», «Parabank» və «Rabitəbank») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayıla bilər.
Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «Gəncəbank» və «Qafqaz İnkişaf Bankı»nda bu əmsal təxminən 6-36 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 6-36 dəfə üstələyir.