Bank Of Baku

«Rəvan Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Rəvan Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 09 mart 2010 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rəvan Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 30,6 manat, sayı 98 040 ədəd, emissiyanın ümumi həcmi isə 3 000 024 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Rəvan Sığorta» şirkətinin artıq mart ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2,5 dəfə artaraq 4 961 024 manata çatacaq.

Qeyd edək ki, 1998-ci ildən etibarən «Star Alliance» adı altında fəaliyyətə başlayan sığorta şirkəti 2009-cu ilin sentyabr ayında adını «Rəvan Sığorta»ya dəyişib. Bu ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 1,961 mln. manat təşkil edib. Hazırda şirkət 14 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR