Bank Of Baku

AKİA yeni beynəlxalq təşkilata üzv olmağa hazırlaşır

AKİA yeni beynəlxalq təşkilata üzv olmağa hazırlaşır
# 09 mart 2010 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) gələn həftə daha bir beynəlxalq təşkilata üzv ola bilər. AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı Asiya Ölkələri Kredit İttifaqlarının Konfederasiyası Assosiasiyasının (ACCU) İdarə Heyətinin mart ayının 17-də Hindistanda keçiriləcək 69-cu illik toplantısında Azərbaycanın bu quruma üzvlük məsələsi müzakirəyə çıxarılacaq.

Bununla əlaqədar, AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov ACCU-nun növbəti 2010-cu ilin sentyabrın 4-dən 10-dək Koreyada keçirləcək illik konfransına dəvət alıb.

Qeyd edək ki, AKİA ACCU-ya üzvlüklə bağlı 2009-cu ilin sonunda müraciət edib.

Xatırladaq ki, ACCU kredit ittifaqlarının beynəlxalq təşkilatı kimi 1971-ci il aprel ayının 28-də təsis edilib. ACCU-ya Asiyanın 26 ölkəsinin 20,5 milyona yaxın üzvü olan 16 mindən çox kredit ittifaqına və 17 filial şəklində fəaliyyət göstərən təşkilatlara xidmət göstərir. ACCU-nun mənzil-qərargahı Banqkokda (Tayland) yerləşir. Təşkilatın əsas məqsədi Asiya ölkələrdə yerləşən kredit ittifaqlarının cəmiyyətin sosial-iqtisadi inkişafında güclü fəaliyyət göstərməsinə və genişlənməsinə yardım göstərməkdən ibarətdir.

Qeyd edək ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 57-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR