Bank Of Baku

«Turanbank» nizamnamə kapitalını artırır

«Turanbank» nizamnamə kapitalını artırır
# 09 mart 2010 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mart ayının 11-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycanın «Turanbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə yerləşdirilməsi planlaşdırılır. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 8,8% artaraq 18,5 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin fevral ayının 1-nə bankın aktivlərinin həcmi 112,8 mln. manat, kredit portfeli 79,8 mln. manat, depozit portfeli 39,9 mln. manat, məcmu kapitalı 20,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 17 mln. manat təşkil edib. Bankın ölkə üzrə 11 filialı, 9 banklımatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR