Bank Of Baku

Braziliya ABŞ-a qarşı iqtisadi sanksiyalar tətbiq edib

Braziliya ABŞ-a qarşı iqtisadi sanksiyalar tətbiq edib
# 09 mart 2010 15:01 (UTC +04:00)
Bakı – APA-Economics. Braziliya hökuməti ABŞ-a qarşı iqtisadi sanksiyalar tətbiq edib.

APA-Economics”in BBC News-a istinadən məlumatına görə, sanksiyalar Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən də dəstəklənib.

Sanksiyalar ölkəyə idxal olunan ABŞ məhsullarına 30 gündən sonra artan idxal rüsumlarının tətbiq olunmasını nəzərdə tutur. Belə ki, quru südün idxalına rüsumlar 20%, avtomobillərin idxalına 35-50%, pambıq məhsullarının idxalına isə iki dəfə artırılacaq.

Sanksiyalara səbəb isə ABŞ-da pambıq istehsalçılarına dövlət tərəfindən subsidiyaların ayrılmasıdır. Braziliya hökuməti bu addımı qanunsuz sayır. ÜTT bu addıma görə artıq ABŞ-ı 147,4 mln. dollar cərimələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR