Bank Of Baku

«AGLeasing» şirkəti son bir ildə lizinq müqavilələrinin sayını 8% artırıb

«AGLeasing» şirkəti son bir ildə lizinq müqavilələrinin sayını 8% artırıb
# 10 mart 2010 07:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin mart ayının 1-nə 6,234 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,33% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 22,31% azalaraq 9,440 mln. manat olub.

Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lakin bağlanan lizinq müqavilələrinin sayı son bir il ərzində 7,63% artaraq 141-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.», ABŞ-ın «Delta Trans Group LLC» və «Milio Leasing» şirkətləri çıxış edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR