Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun rəhbəri: Dünya növbəti böhrana hazırlaşmalıdır

Beynəlxalq Valyuta Fondunun rəhbəri: Dünya növbəti böhrana hazırlaşmalıdır
# 10 mart 2010 08:24 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya iqtisadiyyatının bərpasının başlanmasına baxmayaraq, beynəlxalq ictimaiyyət növbəti böhrana hazırlaşmalıdır.

APA-Economics”in məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan Yohannesburq Universitetinin tələbələri ilə görüşündə çıxış edib.

D.Stross-Kan qeyd edib ki, iqtisadiyyatın bərpa olunmağa başlaması səbəbindən liderlər iqtisadi islahatlarla bağlı tədbirləri və maliyyə bazarları üzərindəki nəzarəti zəiflədə bilərlər. Bu isə yeni böhrana gətirib çıxara bilər.

BVF rəhbəri yeni böhranın müddəti və xüsusiyyətləri barədə heç nə deyə bilməyəcəyini, amma onun qaçılmaz olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR