Bank Of Baku

Avropa İttifaqının öz Beynəlxalq Valyuta Fondu olacaq

Avropa İttifaqının öz Beynəlxalq Valyuta Fondu olacaq
# 10 mart 2010 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Beynəlxalq Valyuta Fondunun hazırda borc böhranı yaşayan Yunanıstana müdaxilə etməsini istəməyən 16 Avropa ölkəsi qitənin ayrıca valyuta fondunu yaratmaq üçün işlərə başlayıb.

«APA-Economics»in xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa İttifaqı Komissiyası avro pul vahidini istifadə edən ölkələrin belə bir fondunun yaradılması təklifinin dəyərləndirildiyini açıqlayıb. Bu müzakirələrin iyulun 1-dək yekunlaşdırılması nəzərdə tutulur.

Avropa İttifaqının maliyyə və iqtisadi məsələlər üzrə komissarı Olli Rehnin mətbuat katibi Amadeu Altafaj Tardio bildirib ki, bu fondun əsas vəzifəsi Yunanıstan kimi üzv ölkələrin üzləşdiyi borc böhranlarının öncədən müəyyənləşdirilib qabaqlayıcı tədbirlər görülməsi olacaq. Bu qurumun BVF-yə rəqib olmayacağı qeyd edilib.

O.Rehn “Financial Times Deutschland” qəzetinə müsahibəsində Avropa BVF-si tərəfindən kredit və ya digər yardımların daha sərt möhkəm qaydalarla veriləcəyini vurğulayıb. Bu qaydaların hazırlanmasında isə əsasən Almaniya və Fransa rol oynayır.

Almaniyanın maliyyə naziri Volfgang Şaeuble isə «Welt am Sonntag» qəzetinə açıqlamasında yeni fondun BVF ilə rəqib olmayacağını vurğulayıb. Nazir bildirib ki, fond avro bölgəsində daxili sabitliyi təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR