Bank Of Baku

Sabah «MBASK» sığorta şirkətinin yeni sədri seçiləcək

Sabah «MBASK» sığorta şirkətinin yeni sədri seçiləcək
# 10 mart 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Martın 11-də Azərbaycanın «MBASK» sığorta şirkəti İdarə Heyətinin yeni sədrinin adı açıqlanacaq. Şirkfətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı sabah şirkətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Toplantıda şirkətin 2010-cu il üçün büdcəsinin təsdiq edilməsi, rəhbər vəzifələrə namizədlərin irəli sürülməsi və müzakirəsi, həmçinin şirkətin 2009-cu ildəki fəaliyyətinin nəticələrinə və maliyyə hesabatlarına baxılması və ötən ilin mənfəəti hesabına cəmiyyətin nizamnamə kapitalının artırılması məsələləri də müzakirə olunacaq.

Bundan başqa, səhmdarlar Direktorlar Şurası və İdarə Heyəti haqqında əsasnamələrə dəyişikliklərin edilməsi və törəmə cəmiyyətlərin satılmasını müzakirə edəcəklər.

Qeyd edək ki, şirkətin İdarə Heyətinin yeni sədri vəzifəsinə Elxan Qəribovun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, şirkətin İdarə Heyətinin əvvəlki sədri Cəmil Məlikov isə hazırda müvəqqəti olaraq Sənaye və Energetika Nazirliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsini icra edir.

«MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR