Bank Of Baku

Avropa İttifaqı anti-böhran tədbirlərini dayandırmağa hazırlaşır

Avropa İttifaqı anti-böhran tədbirlərini dayandırmağa hazırlaşır
# 10 mart 2010 12:26 (UTC +04:00)
Bakı - APA-Economics. Gələn həftə Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri banklar, sənaye və əmək bazarlarına dəstək məqsədilə həyata keçirilən anti-böhran tədbirlərini dayandırmaq barədə qərar qəbul edə bilər.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bununla bağlı hazırlanan qərar layihəsində bildirilir ki, anti-böhran tədbirləri davam etdikcə, iqtisadiyyatın sektorları daxilində və onlar arasında təbii korrektə proseslərini zədələyə, arzuolunmaz nəticələrə səbəb ola bilər.

Avropa İttifaqına üzv olan 27 ölkənin maliyyə nazirləri martın 16-da bir araya gələcək. görüşdə Yunanıstanın maliyyə problemləri və anti-böhran rejimindən çıxış məsələsi müzakirə olunacaq.

Qərar layihəsində o da vurğulanır ki, avtomobil sənayesi kimi sahələrin dəstəklənməsi digər sahələrdən əvvəl dayandırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR