Bank Of Baku

London Sitinin meri: Azərbaycanın bank sənayesi şəffaflıq standartı və effektiv idarəetmə nümunəsidir

London Sitinin meri: Azərbaycanın bank sənayesi şəffaflıq standartı və effektiv idarəetmə nümunəsidir
# 10 mart 2010 13:40 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Böyük Britaniya və Avropa İttifaqının bir sıra ölkələri üçün nəhəng ixracat bazarıdır.

APA-Economics”in məlumatına görə, bu bəyanatı Londonun Siti bölgəsinin meri lord Alderman Nik martın 8-də Londonda keçirilən “Böyük Britaniya Azərbaycanda” adlı ticarət-investisiya forumunda səsləndirib.

Yaxın Şərq Assosiasiyası və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən forumda çıxış edən Alderman Nik Azərbaycana inkişaf etməkdə olan bazarın mühüm nümayəndəsi kimi baxdıqlarını bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 160-dan çox Britaniya şirkəti fəaliyyət göstərir: “Azərbaycan Böyük Britaniyanın Şərqi Avropa və MDB-də Rusiya və Ukraynadan sonra üçüncü nəhəng ixracat bazarıdır”.

Alderman Nik qeyd edib ki, bu gün Azərbaycanın bank sənayesi şəffaflıq standartı və effektiv idarəetmə nümunəsidir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov isə bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya onun inkişafında mühüm rol oynayıb.

“Bu gün Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük xarici investorudur” – deyə səfir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR