Bank Of Baku

Asiya İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək
# 10 mart 2010 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 11-də Asiya İnkişaf Bankı (AİB) Orta və Qərbi Asiya Departamentinin baş direktorunun müavini Verner Laepaçın (Werner Liepach) başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinə AİB-in baş məsləhətçisi Tatsuya Kanai (Tatsuya Kanai) və iqtisadçısı Nəriman Mannapbekov (Nariman Mannapbekov) daxildirlər: «Martın 13-dək davam edəcək səfər çərçivəsində AİB-in nümayəndələri Azərbaycan hökuməti ilə Bankın hazırda ölkədə keçirdiyi bütün layihələr üzrə danışıqlar aparacaq».

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir. Cari ilin yanvar ayı ərzində AİB tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 1 616,3 min. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR