Bank Of Baku

Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb
# 10 mart 2010 22:43 (UTC +04:00)
Bakı - APA-Economics. Nüfuzlu “Forbes” jurnalı dünyanın ən zəngin adamlarının ənənəvi illik siyahısını açıqlayıb.

APA-Economics”in məlumatına görə, siyahıya meksikalı mediamaqnat Karlos Slim başçılıq edir.

“Forbes” onun varidatını 53,5 mlrd. dollar həcmində qiymətləndirib. Ekspertlərin fikrincə, təkcə son 12 ay ərzində K.Slimin sərvəti 18,5 mlrd. dollar artıb. O, həm də 1994-cü ildən bəri siyahıya başçılıq edənlər arasında ABŞ vətəndaşı olmayan ilk şəxsdir.

Ötən il dünyanın ən varlı adamı seçilən “Microsoft”un banisi Bill Geyts ikinci yerdə qərarlaşıb – 53 mlrd. dollar. Son bir ildə onun varidatı 13 mlrd. dollar artıb.

2008-ci ildə “Forbes”in siyahısına başçılıq edən amerikalı maliyyəçi Uorren Baffet üçüncü yerlə kifayətlənməli olub – 47 mlrd. dollar. Ötən bir il ərzində onun sərvəti 10 mlrd. dollar artıb.

Ümumiyyətlə, “Forbes”in reytinq cədvəlində dünya üzrə varidatının həcmi 1 mlrd. dolları ötən 1011 nəfərin adına rast gəlinir. Onların 218 nəfərinin adı siyahıda ilk dəfədir yer alır. Siyahının ilk onluğunda yer alan milyarderlər bir il ərzində sərvətlərinin ümumi həcmini 254 mlrd. dollardan 342 mlrd. dollara çatdıra biliblər.

Maraqlıdır ki, Avropa ölkələri arasında ən çox milyarderlə bu il Rusiya təmsil olunur – 62 nəfər. Ötən il bu rəqəm 32 olub. “Forbes”in siyahısında adına ilk rast gəlinən rusiyalı milyarder isə Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisindir. 32-ci yerdə qərarlaşan V.Lisinin sərvəti 15,8 mlrd. dollar həcmində qiymətləndirilib.

“Çelsi” futbol klubunun sahibi Roman Abramoviç Mixail Proxorov (39 - 13,4 mlrd. dollar) və Mixail Fridman (42 - 12,7 mlrd. dollar) kimi həmyerlilərindən sonra 50-ci yerlə kifayətlənməli olub - 11,2 mlrd. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR