Bank Of Baku

«Muğan Bank»ın uduşlu istiqrazlarının üçüncü tirajı Gəncədə keçiriləcək

«Muğan Bank»ın uduşlu istiqrazlarının üçüncü tirajı Gəncədə keçiriləcək
# 11 mart 2010 08:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin uduşlu istiqrazlarının üçüncü tirajı martın 15-də Gəncə şəhərində keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, emitentin satışa buraxdığı 200 min ədəd qiymətli kağızın nominal dəyəri 50 manat, dövriyyə müddəti isə 10 ildir. İkinci tirajdan etibarən uduş istiqrazlarının sayı artırılaraq 200 ədədə çatdırılıb.

Bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə, bu dəfə adsız istiqrazların sayca üçüncü tirajını sahəsinə görə ölkənin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi qərara alınıb. «Sevindirici haldır ki, tiraj Novruz bayramı ərəfəsinə təsadüf edir. Gəncənin əhalisi 400 minə yaxındır, bu səyyar aksiyanın isə bütün regionunu əhatə etməsi nəzərdə tutulur. Biz istiqraz sahiblərinə martın 15-də C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında keçiriləcək tirajın qonağı olmaq imkanı veririk. Qeyd etmək istərdim ki, satış siyahısında bu region ilk sıralardan birini tutur. Bu aksiyalar ölkə regionlarının sakinlərini bankın 18 illik tarixi ilə tanış etmək, bank tərəfindən müştərilərə təklif edilən məhsul və xidmətlər haqqında məlumat vermək üçün geniş imkanlar yaradacaq», - deyə Ş.Ələkbərov bildirib.

Qeyd edək ki, ümumilikdə 10 mln. manat həcmində 200 min istiqraz vərəqəsi buraxılıb. Bu istiqrazlar adsız, yəni təqdim edən üçün etibarlı sayılan qiymətli kağızlardır. «Bizim öhdəliklərə müvafiq olaraq, 10 il müddətində hər 45 gündən bir, cəmi 80 tiraj keçiriləcək və hər bir tiraj haqqında istiqraz sahiblərinə məlumat veriləcək. Məhsulun emissiyası ildə 9% gəlir gətirir və bundan başqa, illik 2% gəlir dərəcəsi müəyyən edilib. Bu isə o deməkdir ki, əgər istiqrazlar uduşsuz olarsa, həmin istiqrazların sahibi onları təhvil verərkən istiqraz vərəqələrinin üzərindəki nominal məbləği və üstəlik, göstərilən illik faizləri alacaq. Uzunmüddətli layihənin uduş fondu 8,848 mln. manat və ya ümumi emissiyanın 90%-i uduşlu istiqrazlardır», - deyə bankdan bildirilib.

Xatırladaq ki, tirajının nəticələri martın 17-də «Xalq qəzeti» qəzetində nəşr olunacaq və www.muganbank.az saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR