Bank Of Baku

Azərbaycan Dünya Bankının ayırdığı maliyyə vəsaitinin 36%-ni istifadə edib

Azərbaycan Dünya Bankının ayırdığı maliyyə vəsaitinin 36%-ni istifadə edib
# 11 mart 2010 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 1-nə Azərbaycan Dünya Bankı (DB) ilə əməkdaşlıq etdiyi dövr ərzində Bank tərəfindən ayrılmış maliyyə vəsaitinin 36,1%-ni istifadə edib. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin illik hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Azərbaycanla DB arasında 1995-2009-cu illərdə ümumi məbləği 2 737,2 mln. ABŞ dolları olan 52 layihə üzrə rəsmi danışıqlar aparılıb və 2010-cu ilin yanvarın 1-nə ümumi məbləği 2 686,3 mln. dollar təşkil edən 50 layihə üzrə kredit sazişləri imzalanıb. Belə ki, 581,9 mln. dollar dəyərində 26 layihənin icrası başa çatdırılıb, 2 104,4 mln. dollar dəyərində 24 layihənin icrası isə hazırda davam etdirilir. Cari ilin əvvəlinə 970,6 mln. dollar məbləğində kredit vəsaiti istifadə olunub ki, bu da imzalanmış sazişlər üzrə ayrılan kreditlərin ümumi məbləğinin 36,1%-nə bərabərdir. Ötən il isə 182,5 mln. dollar məbləğində kredit xərclənib. Ümumilikdə, nəzərdə tutulmuş qrafik üzrə DB-ya 28,4 mln. dollar məbləğində borc qaytarılıb.

Hesabatda həmçinin qeyd olunub ki, 2009-cu il ərzində Azərbaycanda müxtəlif layihələri maliyyələşdirmək məqsədilə DB ilə 677,5 mln. dollar məbləğində 5 kredit sazişi imzalanıb. Bura «Kənd İnvestisiyaları Laiyhəsi üçün Əlavə Maliyyələşdirmə», «Bərk Tullantıların Vahid İdarəçilik Laiyhəsi», «Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi», «Magistral Yol-II Layihəsi üçün İkinci Əlavə Maliyyələşdirmə» və «Dəmir Yolu Ticarətinin və Nəqliyyyatının Dəstəklənməsi Layihəsi» daxildir.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR