Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bəzi KİV-in ölkədəki bankların müflisləşməsi ehtimalları ilə bağlı məlumatlarını təkzib edib

Azərbaycan Mərkəzi Bankı bəzi KİV-in ölkədəki bankların müflisləşməsi ehtimalları ilə bağlı məlumatlarını təkzib edib
# 11 mart 2010 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) son günlər bəzi KİV-də ölkədə fəaliyyət göstərən bəzi bankların bağlanması, birləşməsi və ya müflisləşməsi ilə əlaqədar məlumatlarla bağlı bəyanat yayıb.

«APA-Economics»in məlumatına görə, bəyanatda banklar fəaliyyətini normal iş rejimində davam etdirdiyi, onların maliyyə vəziyyətinə və sağlamlığına hər hansı mənfi təsir göstərəcək risklərin mövcud olmadığı bildirilir. Bəyanatda həmçinin bankların bağlanması məsələsi hazırda müzakirə edilmədiyi və bununla bağlı hər hansı qərarın mövcud olmadığı qeyd edilir.

«Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkənin bank sistemi qlobal maliyyə böhranını hazırlıqlı qarşılayıb, bank sektorunun maliyyə sabitliyi qorunub saxlanılıb. Bank sistemi qlobal maliyyə böhranı şəraitində də inkişaf templərini qoruyub, funksiyalarını səmərəli şəkildə icra etdirib», - deyə AMB-nin bəyanatında vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR