Bank Of Baku

«MBASK» sığorta şirkətinin yeni sədri seçilib

«MBASK» sığorta şirkətinin yeni sədri seçilib
# 11 mart 2010 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «MBASK» sığorta şirkəti İdarə Heyətinin yeni sədrinin adı açıqlanıb. Şirkfətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı bu gün şirkətin səhmdarlarının ümumi yığıncağı keçirilib və səhmdarların qərarı ilə Elxan Qəribov şirkətin İdarə Heyətinə sədr təyin olunub.

Qeyd edək ki, iclasda şirkətin 2010-cu il üçün büdcəsi, 2009-cu ildəki fəaliyyətinin nəticələri və maliyyə hesabatları müzakirə olunaraq təsdiqlənib. Bundan başqa, səhmdarlar Direktorlar Şurası və İdarə Heyəti haqqında əsasnamələrə dəyişikliklərin edilməsi və törəmə cəmiyyətlərinin satılmasını məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, şirkətin İdarə Heyətinin əvvəlki sədri Cəmil Məlikov hazırda müvəqqəti olaraq Sənaye və Energetika Nazirliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsini icra edir.

«MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR