Bank Of Baku

Azərbaycan ötən il beynəlxalq təşkilatlar və donor ölkələri ilə 1,6 mlrd. dollarlıq 11 kredit sazişi imzalayıb

Azərbaycan ötən il beynəlxalq təşkilatlar və donor ölkələri ilə 1,6 mlrd. dollarlıq 11 kredit sazişi imzalayıb
# 11 mart 2010 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanla müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları, eləcə də donor ölkələri ilə ölkədə müxtəlif layihələri maliyyələşdirmək məqsədilə 1,6 mlrd. ABŞ dolları məbləğində 11 kredit sazişi imzalanıb. «APA-Economics»in məlumatına görə, hesabat ilində Azərbaycan Dünya Bankı ilə ümumi həcmi 677,5 mln. dollar olan 5, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə 356,4 mln. dollarlıq 1, Fransanın «BNP Paribas» bankı ilə 270 mln. dollarlıq 1, İslam İnkişaf Bankı ilə 192,4 mln. dollarlıq 1, Asiya İnkişaf Bankı ilə 75 mln. dollarlıq 1, Səudiyyə İnkişaf Fondu ilə 25 mln. dollarlıq 1, Almaniya İnkişaf Bankı ilə isə ümumi həcmi 7,2 mln. dollar olan 1 kredit sazişi imzalayıb.

Bu məbləğlər əsasən iqtisadiyyatın prioritet sahələrinə – infrastrukturun bərpası və yenidən qurulmasına, həmçinin sosial sahələrin inkişaf etdirilməsi layihələrinin icrasına yönəldilib.

Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1994-2009-cu illərdə 8,17 mlrd. dollar məbləğində 137 kredit sazişi imzalayıb. Bunlardan 3,57 mlrd. dollar dəyərində 70 layihənin həyata keçirilməsi başa çatıb, qalanları isə hazırda icra olunur.

Cari ilin əvvəlinə istifadə edilən ümumi kreditlərin məbləği təqribən 4,092 mlrd. dollar təşkil edib ki, bu da həmin dövrdə imzalanmış bütün kredit sazişlərinə əsasən ayrılan 7,914 mlrd. dollar məbləğində ümumi kreditlərin təqribən 51,7%-nə bərabərdir.

Ötən il ərzində istifadə edilən kreditlərin məbləği 646,8 mln. dollar təşkil edib. Azərbaycanın xarici dövlət borcu 2009-cu ilin yanvarın 1-nə 3 001,1 mln. dollar olduğu halda, cari ilin analoji tarixinə 14% artaraq 3 421,8 mln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR