Bank Of Baku

Estoniya hökuməti avroya keçid haqqında qanun layihəsini bəyənib

Estoniya hökuməti avroya keçid haqqında qanun layihəsini bəyənib
# 11 mart 2010 14:21 (UTC +04:00)
Bakı - APA-Economics. Estoniya hökuməti avroya keçid haqqında qanun layihəsini bəyənib.

APA-Economics”in “RİA Novosti”yə istinadən məlumatına görə, layihə Estoniya milli valyutasının – kronun avroya dəyişdirilməsini nəzərdə tutur.

Estoniya avroya keçdiyi ilin yanvar ayının ilk iki həftəsində kron və avro paralel şəkildə istifadə olunacaq. Mağazalarda pulun qalığı yalnız avro ilə qaytarılacaq. Kron avroya 15,64:1 kursu ilə dəyişdiriləcək.

Qeyd edək ki, Estoniya hökuməti 2009-cu ilin martında avrozonaya qoşulmaq barədə qərar qəbul edib. Amma hələlik Avropa İttifaqı Estoniyanın avrozonaya qoşulmasına razılıq verməyib. Bunun yaxın aylarda baş tutacağı gözlənilir. Hazırda avrozonaya 16 ölkə daxildir. Son olaraq Slovakiya 1 yanvar 2009-cu ildə avrozonaya qoşulub. Estoniyadan başqa Polşa və Çexiya da Avropa İttifaqından müvafiq razılıq gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR