Bank Of Baku

«Amrahbank» ilin əvvəlindən 4 mln. manatadək depozit cəlb edib

«Amrahbank» ilin əvvəlindən 4 mln. manatadək depozit cəlb edib
# 11 mart 2010 14:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC tərəfindən 2010-cu ilin yanvar-fevral ayları ərzində 3,6 mln. manat həcmində depozit cəlb olunub, 8,6 mln. manat həcmində kredit verilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində bankın aktivləri 63,2%, depozit portfeli isə 26% artıb. Ümumilikdə, cari ilin əvvəlinə bankın məcmu aktivləri 100 mln. manatdan artıq olub.

Qeyd edək ki, «Amrahbank» 2008-ci ildən etibarən yeni strateji inkişaf planı əsasında fəaliyyət göstərir və 2010-cu ildə inkişafın yeni mərhələsi başlayır. Bankın yeni strategiyası 2008-ci ildə səhmlərinin 49%-nin Bəhreyn Beynəlxalq İnvestisiya Bankı tərəfindən alınmasından sonra həyata keçirilir.

Ötən il «Amrahbank» bir neçə iri layihənin icrasına başlayıb. Bankın uzunmüddətli layihələri sırasında «Temenos» proqram təminatına keçid, korporativ idarəetmənin təkmilləşdirilməsi, uğurlu rebrendinq, İslam bankçılıq layihəsinin işə salınması və s. kimi tədbirlər var. Bank həmçinin OPEC Beynəlxalq İnkişaf Fondu, İslam İnkişaf Bankı, «Gulf Finance House» kimi maliyyə institutları ilə əməkdaşlığa başlayıb. Belə ki, artıq OPEC Fondu və İslam İnkişaf Korporasiyası tərəfindən ticarət maliyyələşməsi ilə bağlı kredit xətləri açılıb və artıq bu vəsaitlərin Azərbaycanda yerləşdirilməsinə başlanılıb.

Qeyd edək ki, inkişafa yönəldilən uzunmüddətli investisiyaların həyata keçirilməsinə baxmayaraq, «Amrahbank» ötən ili 1,7 mln. manat məbləğində mənfəətlə bitirib. Bank geniş filial şəbəkəsinə malikdir. Belə ki, bankın 23 filial və iki şöbəsi var ki, ötən ilin sonuncu rübündə bankın 6 yeni filialı (o cümlədən, Sumqayıt, Bərdə və Biləsuvarda) açılıb. Yaxın gələcəkdə bank 5 filialın ünvanını dəyişdirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR