Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 12 mart 2010 07:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Mərkəzi Bankı isitmə-soyutma və havalandırma sistemlərinin yenidən qurulması məqsədi ilə tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender bankın inzibati binasındakı xəzinə saxlanclarında, çeşidləmə otağında və 2№-li xəzinə binasında isitmə-soyutma və havalandırma sistemlərinin yenidən qurulması məqsədi ilə keçirilir.

Tender proseduru aprelin 29-da AMB-nin inzibatı binasında keçiriləcək. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını aprelin 28-dək, tender sənədlərini isə aprelin 20-dək təqdim etməlidir. Əlavə məlumat üçün (+99 412) 493 11 22 (əlavə - 295) əlaqə telefonuna müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR