Bank Of Baku

Azərbaycanda regionların inkişafı ilə bağlı yeni dövlət proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib

Azərbaycanda regionların inkişafı ilə bağlı yeni dövlət proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib
# 12 mart 2010 12:41 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin açılış mərasimində iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev prezidentə məlumat verib ki, Mərkəz sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaq.

Həmçinin, İ.Əliyev Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində təşkil edilən sərgi ilə tanış olub.

Sonra konfransda giriş nitqi ilə çıxış edən dövlət başçısı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) icrasının ilk ilinin yekunlarını yüksək qiymətləndirib. Dövlət Proqramının birinci ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan İ.Əliyev Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

Konfransda çıxış edən digər natiqlər respublikanın ayrı-ayrı şəhər və rayonlarında Dövlət Proqramının icrasının gedişi barədə ətraflı məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR