Bank Of Baku

Mərkəzi Bankın sədri Elman Rüstəmov: «Azərbaycan bank sistemində konsolidasiyanın aparılması uzunmüddətli bir prosesdir»

Mərkəzi Bankın sədri Elman Rüstəmov: «Azərbaycan bank sistemində konsolidasiyanın aparılması uzunmüddətli bir prosesdir»
# 12 mart 2010 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bəzi bankların tezliklə bağlanması və ya konsolidasiyası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, bu cür informasiyaların yayılması ölkədə müəyyən narahatlıq yaradıb: «Bu cür məlumatlar banklarda, onların əmanətçilərində və səhmdarlarında heç bir narahatlıq yaratmamalıdır. Ötən ildən Mərkəzi Bank ölkədə maliyyə sabitliyinin qorunması üçün müəyyən işlər görür. Belə bir problemlərin həlli də bu siyasətin bir hissəsidir».

E.Rüstəmov qeyd edib ki, ölkədə maliyyə sabitliyi yarandığı bir şəraitdə, eyni zamanda dünya maliyyə böhranının sovuşmadığı bir zamanda bank sektorunda hər hansı bir kəskin addımın atılması qeyri-ciddi siyasət hesab olunar. «Bankların konsolidasiyası uzunmüddətli bir prosesdir ki, Mərkəzi Bank bu prosesə 1995-ci ildən başlayıb. Həmin tarixdən indiyədək ölkədəki bankların sayı 5 dəfə azalıb. Bankların konsolidasiya siyasəti uzunmüddətli və konservativ siyasətdir. Burada hər hansı bir inzibati resursdan istifadə mütləq olaraq qeyri-məqbuldur», - deyə E.Rüstəmov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR