Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu xarici şirkətlərdə iştirak payı almağa hazırlaşır

Azərbaycan Dövlət Neft Fondu xarici şirkətlərdə iştirak payı almağa hazırlaşır
# 12 mart 2010 14:20 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Onun sözlərinə görə, bu məsələyə dair hələ heç bir şirkətlə konkret danışıqlar aparılmasa da, Fond bu barədə düşünür və müvafiq strategiyanın hazırlamasına başlayıb: «Söhbət daxili deyil, xaricə yönəldilən investisiyalardan gedir ki, biz bu barədə düşünürük».

Qeyd edək ki, ARDNF-in yeni strateqiyası hazırlandıqdan sonra Fondun Müşahidə Şurasına təqdim ediləcək. Sonrakı mərhələdə təsdiq olunmaq üçün strategiyanın layihəsi dövlət başçısına təqdim olunacaq.

Yeni strateqiyanı fərqləndirən əsas amil Fondun hazırkı investisiya portfelinə daha yüksək gəlirli və daha riskli maliyyə alətlərinin daxil edilməsi ilə bağlıdır. İlk növbədə söhbət Fondun vəsaitlərinin səhmlərə yönəldilməsindən gedir (hazırda ARDNF-in investisiya portfelinin yalnız 0,04%-i səhmlərin payına düşür). Səhmlərə vəsaitləri yönəldərək Fond strateji investor kimi deyil, yalnız passiv investor, yəni minoritar səhmdar kimi çıxış edəcək. Fondun vəsaitlərinin əmtəə bazarının alətlərinə, o cümlədən qızıla yönəldilməsi nəzərdə tutulmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR