Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycan Mərkəzi Bankı hər bir problemli bank təşkilatına dəstək göstərməyə hazırdır»

Elman Rüstəmov: «Azərbaycan Mərkəzi Bankı hər bir problemli bank təşkilatına dəstək göstərməyə hazırdır»
# 12 mart 2010 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünya maliyyə böhranı şəraitində Azərbaycanda fəaliyyət göstərən banklar arasında ciddi təsirə məruz qalan olmayıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, AMB ölkədə fəaliyyət göstərən bütün bankların vəziyyətindən xəbərdardır: «Demək olar ki, bankların əksəriyyətinin vəziyyəti sabitdir. Hər hansı müəyyən likvidlik və ya başqa bir problemi olan bank təşkilatı olarsa, Mərkəzi Bank həmin banka dəstək göstərməyə hazırdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR