Bank Of Baku

Dünyanın ən zəngin adamının türk mənşəli olduğu üzə çıxıb

Dünyanın ən zəngin adamının türk mənşəli olduğu üzə çıxıb
# 13 mart 2010 13:41 (UTC +04:00)
Bakı – APA. Nüfuzlu “Forbes” jurnalı tərəfindən bu il dünyanın ən zəngin adamı elan edilən Meksikanın telekommunikasiya maqnatı Karlos Slim Helunun soykökü ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 53,5 mlrd. dollarlıq sərvəti ilə “Microsoft” şirkətinin qurucusu Bill Geytsi geridə buraxan Karlos Slimin türk mənşəli olduğu məlum olub.

Onun Livanda yaşayan və Osmanlı təbəəsi olan atası Julian Slim Haddad Aglamaz - Yusif Səlim Xəttat Ağlamaz 1902-ci ildə hərbi xidmətdən boyun qaçıraraq Meksikanın paytaxtı Mexiko şəhərinə köçüb. 1911-ci ildə “Şərq Ulduzu” mənasını verən “La Estrella Del Oriente” adlı quru yemək dükanı açıb. Daha sonra o, başqa bir livanlı tacirin qızı olan Linda Helu ilə evlənib. Bu evlilikdən 6 uşaq dünyaya gəlib. Ailənin beşinci uşağı olan Karlos Slim 1940-cı ildə doğulub. 1952-ci ildə dünyasını dəyişən Julian Slim Haddad Aglamaz - Yusif Səlim Xəttat Ağlamaz ailəsinə özündən sonra əhəmiyyətli dərəcədə sərvət qoyub.

1961-ci ildə universitetdən mühəndis ixtisası ilə məzun olan Karlos Slim 1967-ci ildə livanlı Soumaya Domit Gemayel ilə evlənib. Bu izdivacdan onların 6 övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR