ARDNF-in icraçı direktoru Şahmar Mövsümovun «APA-Economics»ə verdiyi məlumata görə, 2010-cu ilin sonuna Fondun aktivlərinin 20 mlrd. ABŞ dolları həddinə çatacağı gözlənilir.
Qeyd edək ki, 2009-cu ildə ARDNF-in aktivləri 32,8% artaraq 2010-cu ilin yanvar ayının 1-nə 11 966,5 mln. manat və ya 14 900,4 mln. dollar təşkil edib. Fondun aktivlərinin ümumi həcmi 2001-ci ilin sonuna 491,5 mln. dollar təşkil etdiyi halda, 2009-cu ilin sonunadək 30,3 dəfə artım müşahidə olunub.
Xatırladaq ki, ARDNF 1999-cu ilin sonunda yaradılıb və 2000-cu ildə faktiki fəaliyyətə başlayıb.