Bank Of Baku

«The Sturgeon Fund Ltd.» Azərbaycandakı bankda iştirak payını artırıb

«The Sturgeon Fund Ltd.» Azərbaycandakı bankda iştirak payını artırıb
# 15 mart 2010 06:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İtaliyanın «The Sturgeon Fund Ltd.» İnvestisiya Fondu Azərbaycanda fəaliyyət göstərən «Royal Bank» ASC-nin nizamnamə kapitalında iştirak payını 9,94%-ə çatdırıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Zaur Fərzəliyev bildirib.

Z.Fərzəliyevin sözlərinə görə, əvvəllər fondun bankdəkı iştirak payı 6,5% (1,339 mln. manat) olub. Lakin bankın 710 min manatlıq əlavə səhm emissiyasını alan İnvestisiya Fondu iştirak payını 2,049 mln. manatadək yüksəldib. Bununla yanaşı, bankın nizamnamə kapitalı 3,6% artaraq 20,622 mln. manata çatıb.

Hazırda bankın səhmdarları sırasına bir neçə ABŞ vətəndaşı (86,48%), İtaliyanın «The Sturgeon Fund Ltd.» İnvestisiya Fondu (9,94%) və bir türkiyəli hüquqi şəxs (3,58%) daxildir.

Xatırladaq ki, «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144,606 mln. manat, depozit portfeli 63,746 mln. manat, kredit portfeli 103,598 mln. manat, məcmu kapitalı 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,622 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR