Bank Of Baku

Azərbaycan hökuməti 2011-ci il üçün makroiqtisadi proqnozları verməkdə tələsmir

Azərbaycan hökuməti 2011-ci il üçün makroiqtisadi proqnozları verməkdə tələsmir
# 15 mart 2010 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti 2011-ci il üçün ümumi daxili məhsul (ÜDM), inflyasiya, neft istehsalı və digər göstəricilər üzrə proqnozları hazırlamaqda tələsmir.

Azərbaycanın iqstisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın «APA-Economics»ə verdiyi məlumata görə, əgər 2010-cu il üçün proqnozları Nazirlik bir neçə ssenari üzrə (pessimist, orta və optimist) hazırlamışdırsa, 2011-ci il üçün proqnozlar yalnız bir - orta ssenari üzrə hazırlanacaq: «Biz proqnoz verməkdə tələsmirik və 2010-cu ilin ilk altı ayının yekunlarını gözləyirik. Məhz ilk yarımillikdən sonra gələn il üçün ÜDM, inflyasiya, neft sənayesi və digər sahələr üzrə proqnozları hazırlayacağıq».

Qeyd edək ki, ötən il Azərbaycanda ÜDM-in artım tempi 9,3%, inflyasiyanın səviyyəsi isə 1,5% olub. Bu il üçün isə hökumət bu göstəricilər üzrə artım tempini müvafiq olaraq 6,8% və 3% səviyyəsində proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR