Bank Of Baku

«Amrahbank» əmanətçilər arasında «Bahar Kampaniyası» keçirir

«Amrahbank» əmanətçilər arasında «Bahar Kampaniyası» keçirir
# 15 mart 2010 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC müştərilərə göstərilən xidmət və məhsulların keyfiyyətini inkişaf etdirmək siyasətinə uyğun olaraq martın 15-dən aprelin 30-dək əmanətçilər arasında «Bahar Kampaniyası»na başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə uyğun olaraq, bankda əmanətini 1 il və ya daha uzun müddətə yerləşdirən müştəri əlavə 3% bonus qazanacaq.

Bundan başqa, müştəri əmanətinin 70%-i həcmində təcili kredit xətti almaq, bankın depozit qutularından, «SMS-Bank» xidmətindən pulsuz istifadə etmək, həmçinin pulsuz plastik kart almaq hüququna malikdir.

Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin ynavar ayının 1-nə bankın aktivlərinin həcmi 101,811 mln. manat, depozit portfeli 41,176 mln. manat, kredit portfeli 39,898 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 25,223 mln. manat, məcmu kapitalı 20,653 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.

Hazırda bankın ölkə üzrə 24 filialı, 18 bankomatı və 50 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR