Bank Of Baku

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Cənubi Qafqaz regionuna səfəri başlayır

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin Cənubi Qafqaz regionuna səfəri başlayır
# 15 mart 2010 10:39 (UTC +04:00)
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 16-da T.Mirov Azərbaycanda, martın 17-də Gürcüstanda, martın 18-də isə Ermənistanda səfərdə olacaq.

Azərbaycana səfər zamanı T.Mirovun Azərbaycan prezidenti İlham Əliyev, həmçinin İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankında qəbul olunacağı gözlənilir. AYİB prezidentinin səfərinin əsas məqsədi Bankın Azərbaycanla apardığı dialoqu davam etdirmək və açıq və demokratik bazar iqtisadiyatına keçid dövründə Azərbaycana uzunmüddətli dəstəyin verilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 90-dan çox investisiya layihəsi imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR