Bank Of Baku

«Paşa Sığorta» şirkəti kosmik riskləri sığortalayacaq

«Paşa Sığorta» şirkəti kosmik riskləri sığortalayacaq
# 15 mart 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkətinin «Kosmik risklərin sığortası» və «Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası» üzrə hazırladığı qaydalar Maliyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da şirkətin xidmət göstərdiyi könüllü sığorta növlərinin sayı 26-ya çatıb. Bununla yanaşı, şirkət 5 icbari sığorta növü üzrə də xidmət göstərir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 10,31 mln. manat, ödənişləri isə 1,86 mln. manat təşkil edib. Şirkət nizamnamə kapitalı (9 mln. manat) və aktivlərin həcminə (19 mln. manat) görə ölkədəki sığortaçıların ilk üçlüyünə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR