Bank Of Baku

«Moody’s» reytinq agentliyi bir neçə inkişaf etmiş ölkəyə xəbərdarlıq edib

«Moody’s» reytinq agentliyi bir neçə inkişaf etmiş ölkəyə xəbərdarlıq edib
# 15 mart 2010 12:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyinin ən yüksək kredit reytinqlərinə malik olan dövlətlər hələlik ödəmə qabiliyyətinin qiymətinin azaldılması təhlükəsilə üzləşməyib. «APA-Economics»in reytinq agentliyinin rəsmi məlumatına əsasən bildirdiyinə görə, lakin indiki vəziyyətin saxlanması üçün həmin dövlətlər müəyyən işlər aparmalıdır.

Qeyd edək ki, ən yüksək kredit reytinqlərinə malik olan ölkələr sırasında Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, İspaniya, Danimarka, Finlandiya, Norveç və İsveç var. Ən yüksək dərəcəli reytinqin olması bu ölkələrə beynəlxalq maliyyə bazarlarında daha ucuz kreditləri cəlb etməyə imkan verir.

Bu ölkələrdə dövlət borcu və büdcə kəsiri sahəsində vəziyyətin sağlamlaşması onların ən yüksək reytinqlərinin saxlanması üçün əsas vəzifədir. Burada tarazlığın saxlanması vacibdir, çünki pul siyasətinin sərtləşdirilməsi və böhrana qarşı tədbirlərin dayandırılması istehlak tələbatına zərbə vura bilər ki, bu da öz növbəsində büdcənin vergi bazasını azaldacaq.

Agentliyin məlumatına əsasən, ən pis vəziyyət İspaniyada yaranıb ki, bu ölkənin reytinqinin bir pillə aşağı salınması ehtimalı daha çoxdur. Eyni zamanda, yeni borcalmaların cəlb edilməsində daha ciddi çətinliklərlə Böyük Britaniya və ABŞ üzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR