Bank Of Baku

«AccessBank» nizamnamə kapitalını artırır

«AccessBank» nizamnamə kapitalını artırır
# 15 mart 2010 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AccessBank» QSC-nin sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,09 manat, sayı 20 mln. ədəd, emissiyanın ümumi həcmi isə 41,8 mln. manat təşkil edir.

Emissiya əvvəl buraxılmış hər birinin nominal dəyəri 1 manat, sayı 20 mln. ədəd adi adlı sənədli səhmlərin nominal dəyəri 2,09 manata konvertasiya yolu ilə yerləşdiriləcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,09 dəfə artaraq 41,8 mln. manata çatacaq.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir. Hazırda Bankın nizamnamə kapitalı 20 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR