Bank Of Baku

«MCB Lizinq» nizamnamə kapitalını kəskin artırır

«MCB Lizinq» nizamnamə kapitalını kəskin artırır
# 15 mart 2010 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «MCB Lizinq» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 838 105 ədəd, emissiyanın ümumi həcmi isə 838 105 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «MCB Lizinq»in səhmlərinin yerləşdirilməsinə artıq mart ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, QSC-nin nizamnamə kapitalı 209,5 dəfə artaraq 842 105 manata çatacaq.

Qeyd edək ki, «MCB Lizinq» 2009-cu ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR