Bank Of Baku

«Parabank» keyfiyyət menecment sistemi üzrə yeni sertifikat alıb

«Parabank» keyfiyyət menecment sistemi üzrə yeni sertifikat alıb
# 15 mart 2010 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Moody International» tərəfindən ikinci dəfə ISO 9001:2008 sertifikartına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ilk sertifikat 2008-ci ilin noyabr ayında təqdim edilib. ISO:9000 keyfiyyət sertifikatı menecment sisteminin dünyanın ən nüfuzlu 9000 seriyalı ISO standartlarına uyğunluğunun sənədli təsdiqidir. Bankdan bildirib ki, 9000 seriyasından ən əsası ISO 9001:2008 hesab edilir.

Qeyd edək ki, bankın rəqabət qabiliyyəti və onun bazarda mövqeyi birbaşa məhsulun və xidmətin keyfiyyətindən, həmçinin biznes proseslərinin stabilliyindən asılıdır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 88,571 mln. manat, depozit portfeli 56,428 mln. manat, kredit portfeli 59,222 mln. manat, məcmu kapitalı 11,535 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 126 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR