Bank Of Baku

«APA-Ekonomist» jurnalının ikinci sayı çapdan çıxıb

«APA-Ekonomist» jurnalının ikinci sayı çapdan çıxıb
# 15 mart 2010 14:23 (UTC +04:00)
APA-ECONOMICS”in xəbər verdiyi kimi, təsisçisi «Ekonomist» MMC olan jurnalın əhatə etdiyi sahələr genişdir və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

Jurnalda siyasi, makroiqtisadi, bank və sığorta bazarları, sosial, geosiyasət kimi sahələrə dair analitik məqalələr dərc olunub. Bundan başqa, jurnalda mütəmadi olaraq kommersiya bankları və sığorta şirkətlərinin müxtəlif göstəriciləri üzrə renkinqlərinin dərc edilməsi nəzərdə tutulur. Konkret olaraq, jurnalın ikinci buraxılışında geosiyasət, qaz təchizatı, makroiqtisadiyyat, əhalinin pul yığımları və rifahı, valyuta bazarı, vergi siyasəti, bank depozitləri, islam bankçılığı, qızıl bazarı, kredit ittifaqları, İKT, reklam biznesi, pərakəndə istehlak bazarı, avtomobil bazarı kimi sahələr üzrə təhlil materialları dərc olunub.

Qeyd edək ki, dərgiyə informasiya dəstəyini «APA-ECONOMICS» portalı göstərir.

«APA-Ekonomist» jurnalında məqalə və icmalların obyektiv, təhlil yönümlü olması, məqalələrin həm geniş auditoriyaya, həm də müəyyən sahələrin mütəxəssislərinə istiqamətlənməsi, məlumat və təhlilə məsuliyyətli və peşəkar yanaşma kimi amillər onun Azərbaycanın çap media bazarında özünəməxsus və xüsusi yerini tutmağa imkan verəcək.

Qeyd edək ki, Azərbaycanın iqtisadi, siyasi, sosial və digər sahələrdə baş verən proseslərə dair oxucuları məlumatlandırmaqla yanaşı, jurnalın əsas məqsədlərindən biri həmin proseslərin ictimaiyyətə, sahibkarlara, maliyyə sektoru ilə maraqlananlara yüksək səviyyədə analitik icmal və məqalələri təqdim etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR