Bank Of Baku

«AtaHolding» nizamnamə kapitalını artırır

«AtaHolding» nizamnamə kapitalını artırır
# 15 mart 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AtaHolding» ASC-nin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 7 055 360 ədəd, emissiyanın ümumi həcmi isə 14 110 720 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «AtaHoldnig» ASC-nin səhmlərinin yerləşdirilməsinə artıq mart ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, Şirkətlər Qrupunun nizamnamə kapitalı 20,2% artaraq 83,9 mln. manata çatacaq.

Qeyd edək ki, «AtaHolding» 2003-cü ildən fəaliyyət göstərir. Holdinqə 13 şirkət daxildir və hazırda «AtaHolding»in nizamnamə kapitalı 69 789 280 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR