Bank Of Baku

Prezident Mərkəzi Bankın İdarə Heyəti üzvlüyünə namizədləri Milli Məclisə təqdim edib

Prezident Mərkəzi Bankın İdarə Heyəti üzvlüyünə namizədləri Milli Məclisə təqdim edib
# 15 mart 2010 15:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadə gündəliyə Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi və Rüfət Cəbrayıl oğlu Aslanlının başqa işə keçməsi ilə əlaqədar olaraq İdarə Heyəti üzvlüyündən azad edilməsi barədə məsələnin daxil edildiyini deyib.

Z.Səmədzadə bildirib ki, Konstitusiyaya və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Prezident tərəfindən Milli Məclisə təqdim olunur və parlament məsələyə baxıb münasibət bildirir. Parlamentə daxil olan sənədə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülüb. İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verilib.

Komitə sədri ölkəmiz müstəqillik əldə etdikdən sonra Mərkəzi Bankın həyata keçirdiyi uğurlu pul-kredit siyasəti, son vaxtlar dünyada gedən maliyyə böhranının iqtisadiyyata təsirinin az olması və bu istiqamətdə görülən işlər nəticəsində əldə edilən nailiyyətlər barədə də fikirlərini söyləyib.

Komitə üzvləri öz münasibətlərini bildirdikdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR