Bank Of Baku

Bu həftə «AzSığorta»nın səhmdarlarının toplantısı keçiriləcək

Bu həftə «AzSığorta»nın səhmdarlarının toplantısı keçiriləcək
# 16 mart 2010 06:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin mart ayının 18-də «AzSığorta» ASC-nin səhmdarlarının növbəti illik yığıncağı keçiriləcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda səhmdarlar tərəfindən İdarə Heyəti və Direktorlar Şurasının 2009-cu ilin yekunları ilə bağlı hesabatı, 2009-cu il üzrə auditin nəticələri və xalis mənfəətin bölüşdürülməsi məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 10,70 mln. manat, ödənişləri isə 3,48 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR