Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana 100 mln. avro kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana 100 mln. avro kredit ayırıb
# 16 mart 2010 09:22 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Gürcüstana 100 mln. avro kredit ayırıb.

APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, kredit Tiflisdən yan keçməklə dəmir yolu xəttinin inşası üçün nəzərdə tutulub.

Qeyd edək ki, layihə əvvəlcə 360 mln. avro həcmində qiymətləndirilib. Bunun 70%-ni AYİB və Avropa İnvestisiya Bankı, 30%-nin isə “Gürcüstan Dəmir Yolları” MMC tərəfində ayrılacağı bildirilirdi. Amma layihəyə edilmiş korrektələr nəticəsində bu vəsaitin həcmi 290 mln. avroya düşüb.

Tiflisdən yan keçməklə 30 km-lik dəmir yolu xəttinin 2010-2013-cü illərdə tikilməsi planlaşdırılır. Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR