Bank Of Baku

Dünya Bankı Azərbaycanda Vətəndaş Cəmiyyəti Fondu Proqramı üzrə QHT-lərin yeni layihələrinin qəbuluna başlayıb

Dünya Bankı Azərbaycanda Vətəndaş Cəmiyyəti Fondu Proqramı üzrə QHT-lərin yeni layihələrinin qəbuluna başlayıb
# 16 mart 2010 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının Azərbaycandakı nümayəndəliyi qeyri-hökumət təşkilatlarını 2010-cu il Vətəndaş Cəmiyyəti Fondu Proqramı üzrə layihələrin qəbuluna başlayıb.

Nümayəndəlikdən «APA-Economics»ə verilən məlumata görə, builki proqramın mövzusu «Yol hərəkətinin təhlükəsizliyi» adlanır ki, layihələr yollarda təhlükəsiz hərəkətin təşviq olunması məqsədilə müasir media vasitələrindən istifadə etməklə bir dəfəlik, böyük əks-sədaya malik olan və kompleks fəaliyyətlərdən (kampaniyalardan) ibarət olmalıdır.

Sözügedən proqram üçün Dünya Bankı 40 min ABŞ dolları həcmində vəsait ayırıb. Hər bir qrantın məbləği 3-7 min dollar ola bilər. Qrant layihələri müsabiqə əsasında seçiləcək və ən azı iki illik praktiki və fəal təcrübəyə malik olan yerli qeyri-hökumət, qeyri-kommersiya təşkilatlarına veriləcək.

Dünya Bankının əməkdaşları bu ilin martın 19-da saat 11:00-da Nizami küçəsi, 90A (Landmark III) ünvanında yerləşən Bankın Azərbaycan nümayəndəliyində əlavə məlumat vermək və potensial iştirakçıları maraqlandıran suallara cavab vermək məqsədilə informasiya sessiyası keçirəcək. Maraqlı təşkilatlar öz iştirakları barədə Vətəndaş Cəmiyyəti Fondu Proqramının əlaqələndiricisi xanım Nigar Sadıqovaya məlumat verməlidir.
Ərizələr aprelin 15-dək Dünya Bankının Azərbaycandakı nümayəndəliyində Azərbaycan və ya ingilis dillərində qəbul olunacaq. Qalib layihələr 2010-cu il may ayının 1-dək elan olunacaq.
Qeyd edək ki, kiçik qrantlar tədqiqat proqramlarını, elmi-təhsil proqramlarını, əməliyyat layihələrini, davam etməkdə olan institusional yardımı, təhsil üçün təqaüdləri, tədris proqramlarını və ya fərdi müraciətləri, o cümlədən səfərləri dəstəkləmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR