Bank Of Baku

Ötən il Azərbaycanda yoxsulluğun səviyyəsi 11%-ə enib

Ötən il Azərbaycanda yoxsulluğun səviyyəsi 11%-ə enib
# 16 mart 2010 10:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda ilk olaraq Milli Məclisin spikeri Oqtay Əsədov çıxış edib. Spiker Azərbaycan iqtisadiyyatında böyük inkişafın müşahidə edildiyini, iqtisadiyyatda özəl sektorun payının artdığını, ölkəyə xarici investisiya qoyuluşunun həcminin çoxaldığını bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan ümumdünya maliyyə böhranından kənarda qalıb. O.Əsədov Nazirlər Kabinetinin hər il Milli Məclisə təqdim etdiyi hesabatın yüksək səviyyədə hazırlandığını bildirib.

Parlamentdə hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə bildirib ki, ötən il Azərbaycan iqtisadiyatı üçün uğurlu keçib. Benəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. A.Rasizadə qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 9,3% artaraq 34 mlrd. manat təşkil edib. Orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat, orta aylıq əmək pensiyası isə 104 manat təşkil edib. Ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz bəndi azalaraq 11%-ə enib, respublikada 75 minə yaxın yeni iş yeri açılıb.

Baş nazir əlavə edib ki, ötən il dövlət büdcəsinin gəlirləri 10,3 mlrd. manat, xərcləri isə 10,6 mlrd.manat olub. Ötən il 2100 sahibkara dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər verilib, ilk dəfə rekord səviyyədə – 50 mln. ton neft hasil olunub, sənayedə məhsul istehsalının artımı 8,6% təşkil edib. Ötən dövr ərzində dövlət büdcəsindən ölkənin müdafiə imkanlarının yüksəldilməsi üçün hərbi sənaye kompleksinin inkişafına 500 mln. manatdan artıq investisiya yatırılıb.

Hesabatın təqdimatından sonra müzakirələr başlayıb. Hazırda millət vəkilləri hesabata münasibətlərini bildirirlər. İclasda Azərbaycanın baş naziri A.Rasizadənin başçılığı ilə hökumət üzvləri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR