Bank Of Baku

Rusiyanın Maliyyə Nazirliyi əməkdaşlarına hədiyyə verilməsi qaydaları qüvvəyə minib

Rusiyanın Maliyyə Nazirliyi əməkdaşlarına hədiyyə verilməsi qaydaları qüvvəyə minib
# 16 mart 2010 11:18 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın maliyyə naziri Aleksey Kudrin nazirlik əməkdaşlarına hədiyyə verilməsi qaydalarını nizamlayan əmr imzalayıb.

APA-Economics”in məlumatına görə, bundan sonra Maliyyə Nazirliyinin işçiləri istənilən hədiyyə barədə Xidməti davranış tələblərinin müşahidəsi üzrə komissiyaya məlumat verməlidir.

Hədiyyələrin dəyəri 3 min rublu (100 dolları) ötməməlidir. Bundan bahalı hədiyyələr saxlanmaq üçün inzibati departamentə təhvil veriləcək. artıq departamentə ilk bahalı hədiyyə də təqdim olunub. Bu, ABŞ prezidenti Barak Obamanın Rusiyanın maliyyə naziri Aleksey Kudrinə bağışladığı vazdır. Nazir bununla əməkdaşlarına nümunə göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR