Bank Of Baku

Azərbaycanda yeni bankın yaradılması planlaşdırılır

Azərbaycanda yeni bankın yaradılması planlaşdırılır
# 16 mart 2010 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» qeyri-bank kredit təşkilatına Azərbaycan Mərkəzi Bankı tərəfindən universal bank lisenziyasının verilməsi məsələsi hazırda Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində müzakirə edilir. «APA-Economics»in məlumatına görə, bunu «Aqrarkredit»in İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, təşkilatın tam bank fəaliyyətinə uyğun menecmenti, onun əsas maliyyə göstəriciləri və filial şəbəkəsi hökumətdə müzakirə olunur.

Quruma bank lisenzsiyasının verilmə tarixini açıqlamayan M.Musayev «Aqrarkredit»in banka çevrilməsinin Azərbaycanda sahibkarlığın inkifafını daha artıracağını vurğulayıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 46 bank təşkilatı fəaliyyət göstərir və məcmu bank aktivlərinin həcmi 11,587 mlrd. manat təşkil edir.

Təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur. Cari ilin yanvar ayının 1-nə təşkilatın aktivlərinin həcmi 25,336 mln. manat, məcmu kapitalı 14,275 mln. manat, kredit portfeli 16 mln. manat, nizamnamə kapitalı isə 18,535 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR