Belə ki, cari ilin əvvəlindən dolların manata qarşı məzənnəsi 0,8029 manatdan 0,8033 manatadək, yəni cəmi 0,5% yüksəlib. Bu dinamika tam sabitlik kimi qiymətləndirilə bilər. Xatırladaq ki, oxşar dinamika həmçinin ötən il ərzində müşahidə olunub ki, bu da müəyyən dərəcədə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi, müəyyən dərəcədə isə dolların dünya bazarında qeyri-müəyyən, dəyişkən dinamikası, müəyyən dərəcədə isə Azərbaycanın maliyyə və pul-kredit sektorlarında balanslaşdırılmış siyasət həyata keçirməsi nəticəsində baş verib.
Ötən ilin əvvəlindən ABŞ dollarının manata qarşı məzənnəsinin dinamikası aşağıdakı kimi olub:
Beləliklə, ötən il ərzində dollar manata qarşı cəmi 0,18% möhkəmlənib ki, bu da həm əvvəlki illəri, həm də böhran şəraitində digər inkişafda olan ölkələrin milli valyutalarının 15-20% və daha yüksək templə devalvasiyasını nəzərə alaraq çox kiçik göstəricidir. Cari ildə bu rəqəm, qeyd olunduğu kimi, 0,5%-ə bərabər olub. Müqayisə üçün qeyd edək ki, 2010-cu il ərzində dollar avroya qarşı 5,03% möhkəmlənib.
Yaxın perspektivdə, o cümlədən 2010-cu il üçün dollar üzrə proqnoz verilərkən, nəzərə alınmalıdır ki, burada əsas amillərdən biri ABŞ-ın böhrandan çıxış tempi olacaq. Hazırda ABŞ-da maliyyə sisteminin təkmilləşdirilməsi planları hazırlanır və onların məhz bu il həyata keçirilməsi nəzərdə tutulur. Lakin ölkə iqtisadiyyatının artım tempini saxlayan amil maliyyə sistemində islahatlar deyil, istehlak tələbatı ilə sənaye təklifi arasındakı disbalansın yaranması ola bilər. Bu səbəbdən də dolların dünya bazarlarında dinamikası üzrə konkret proqnozları səsləndirməyə heç kəs tələsmir.
Eyni zamanda, manatın böhran şəraitində ötən ilki dinamikası və cari ilin əvvəlindən keçən müddət ərzində dinamikası 2010-cu ildə manatın dollara qarşı sabit qalması ehtimallarını artırır.