Bank Of Baku

Barak Obama Senata maliyyə sistemində islahatlar aparılmasını təklif edib

Barak Obama Senata maliyyə sistemində islahatlar aparılmasını təklif edib
# 16 mart 2010 14:16 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama Senatın Bank Komitəsi qarşısında çıxış edib.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, prezident senatorları real maliyyə islahatı həyata keçirməyə çağırıb.

B.Obama bildirib ki, islahat vergi ödəyicilərini ABŞ maliyyə institutlarının məsuliyyətsizliyindən qorumalı və maliyyə sisteminin hesabatlılığını təmin etməlidir. O, süqutu böhrana gətirib çıxaran qiymətli kağızlar bazarı və digər bazarlar üzərində şəffaf nəzarət sisteminin yaradılmasını təklif edib: “Yeni maliyyə sistemi daha təhlükəsiz olmalı və istehlakçıların müdafiəsini təmin etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR