Bank Of Baku

Latviyanın avrozonaya daxil olacağı tarix müəyyənləşib

Latviyanın avrozonaya daxil olacağı tarix müəyyənləşib
# 16 mart 2010 14:33 (UTC +04:00)
Bakı - APA-Economics. Latviya 1 yanvar 2014-cü ildən etibarən avro zonasına daxil olacaq.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bu barədə Latviya hökuməti qərar qəbul edib.

Latviya Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, Latviya latından avroya keçid vətəndaşların gündəlik həyatına toxunmadan həyata keçirilməlidir.

Latviyanın qonşuları da tezliklə avroya keçməyi planlaşdırırlar. Estoniya 2011-ci ildən, Litva isə 2014-cü ildən avrozonaya daxil olmağa hazırlaşır. Hazırda avro Avropa İttifaqına üzv olan 27 ölkədən 16-da vahid valyuta kimi istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR