Azərbaycan parlamenti hökumətin hesabatını qəbul edib
Parlamentdə hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə bildirib ki, ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu keçib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycandakı iqtisadi artımı yüksək qiymətləndirib. A.Rasizadə qeyd edib ki, ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 9,3% artaraq 34 mlrd. manat, orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat, orta aylıq əmək pensiyası isə 104 manat təşkil edib. Ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz bəndi azalaraq 11%-ə enib, respublikada 75 minə yaxın yeni iş yeri açılıb.
Baş nazir əlavə edib ki, ötən il dövlət büdcəsinin gəlirləri 10,3 mlrd. manat, xərcləri isə 10,6 mlrd. manat olub. Ötən il 2100 sahibkara dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər verilib, ilk dəfə rekord səviyyədə - 50 mln. ton neft hasil olunub, sənayedə məhsul istehsalının artımı 8,6% təşkil edib. Ötən dövr ərzində dövlət büdcəsindən ölkənin müdafiə imkanlarının yüksəldilməsi üçün hərbi sənaye kompleksinin inkişafına 500 mln. manatdan artıq investisiya yatırılıb.
Hesabatın təqdimatından sonra müzakirələr başlayıb. Müzakirədə millət vəkili Hadı Rəcəbli hökumətin 2009-cu ildə fəaliyyəti ilə bağlı hazırlanan hesabatı məqbul hesab edib. Deputat bildirib ki, Azərbaycan MDB-də əlilləri avtomobil və mənzillə təmin edən ilk dövlətdir: «Azərbaycan əhalinin sosial müdafiəsi sahəsində böyük uğurlara nail olub».
Millət vəkili Fazil Mustafa hökumətin fəaliyyətini tənqid edib. O, Azərbaycanın ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunmamasına, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan üzrə hazırlanmış hesabata münasibətini bildirib. Millət vəkili Azərbaycanın bu hesabata cavab verməsi tələbini irəli sürüb: “Dövlət Departamentinin 2008-ci il hesabatında Azərbaycanda olan narkoman tələbələrin sayını 200 min nəfər, 2009-cu il hesabatında isə 300 min nəfər qeyd edib. Belə getsə, Dövlət Departamenti növbəti il üçün hazırlanan hesabatında Azərbaycanda 400 min tələbənin narkoman olduğunu göstərəcək. Buna Azərbaycan hökuməti hökmən cavab verməlidir. Bu o demək deyil ki, Azərbaycanda narkoman yoxdur, var». F.Mustafa daha sonra Gürcüstanda dövlət məmurlarının narkoloji testdən keçdiyini və bu təcrübənin Azərbaycanda tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev də hökumətin fəaliyyətini tənqid edib. O, hökumətin iclasında güc nazirliklərinin başçılarının iştirak etməməsinin səbəbini soruşub, həmçinin orduda cinsi təcavüz hallarının artığını qeyd edib: «Müdafiə Nazirliyinin nə işlə məşğul olduğunu anlaya bilmirəm». Bundan başqa, Q.Həsənquliyev ABŞ-ın Azərbaycana yeni səfir təyin etməməsini bu dövlətin Azərbaycana mənfi münasibətinin göstəricisi olduğunu bildirib, ölkədə repetitorluğun ləğv edilməsi təklifini irəli sürüb.
Millət vəkili Pənah Hüseyn isə 450 səhifəlik hesabatda Qarabağla bağlı bir cümlənin belə olmadığını qeyd edib. Deputat hesab edir ki, hazırlanan hesabatdakı bütün rəqəmlər şişirdilib: «Hökümət istefaya getməlidir».
Qeyd edək ki, müzakirələrdən sonra 2009-cu il üzrə hazırlanan hesabat parlament tərəfindən təsdiqlənib.
Maliyyə
“PAŞA Sığorta” Vətən müharibəsi şəhidlərinin övladlarının “Məzun Günü”nə dəstək olub
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırıb
Bu günün valyuta məzənnələri
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Xəbər Lenti
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
İsrail ordusu Livanın cənubunda əməliyyat nəzarəti qurduğunu açıqlayıb
Meksika dünya çempionatına qələbə ilə başlayıb
"BlackRock" şirkəti "SpaceX" səhmlərinin alınması üçün ən azı 5 milyard dollarlıq sifariş verib
Tramp İranla bağlı razılaşmaları region liderləri ilə müzakirə edib
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər
Aralıq dənizində zəlzələ baş verib
İran ABŞ-la razılaşma mətninin hazır olması barədə məlumatları təkzib edib
Azərbaycan və Tailand arasında konsulluq məsləhətləşmələri baş tutub - FOTO
Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzalayıb
Estoniyanın Azərbaycanda səfirliyi açılıb
Azərbaycan və Estoniya arasında siyasi məsləhətləşmələr baş tutub
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi baş tutub
“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO
Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb
Beyləqanda qəza baş verib, 3 nəfər yaralanıb - FOTO
İran parlamentinin sədri ABŞ-a xəbərdarlıq edib
BMT Yaxın Şərqdəki eskalasiyadan narahatdır
BƏƏ və İran müharibə başlayandan bəri ilk dəfə üzbəüz görüş keçiriblər
Təbriz-Məşhəd qatarı relsdən çıxıb, xəsarət alan var
Qambiya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
CNN: Pentaqonda elan edilən həyəcan siqnalının yalan olduğu müəyyən edilib - YENİLƏNİB
Albaniya Baş naziri Edi Rama Prezident İlham Əliyevi təbrik edib
Sumqayıtda avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO
"Sabah" "Lill"in 21 yaşlı vingerini icarəyə götürüb
Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər
Ukraynalı uşaqların Azərbaycanın bölgələrinə ekskursiyası təşkil edilib
FHN əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
Dövriyyədən çıxarılmış 5 ton narkotik məhv edilib - VİDEO
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
Mətbuat Şurasında ictimai müzakirə keçirilib
ABŞ-a girişinə icazə verilməyən somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək
Qusarın Laza kəndində sürüşmə olub - FOTO - YENİLƏNİB
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Tramp: İranda elektrik stansiyaları və körpüləri vurmaq istəmirik, xalq əziyyət çəkir
Erden Timur azadlığa buraxılıb
Göygöldə 2 uşaq göldə boğularaq ölüb - YENİLƏNİB
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
Ötən ay 68 şəxs Avropa ölkələrindən Azərbaycana qaytarılıb
Rus Pravoslav Kilsəsinin Tehrandakı yeganə məbədi qarət edilib
Tramp: Quru qoşunlarını göndərmək istəmirəm, yoxsa günü sabah İrana girə bilərik
Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir
İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və Xidmət sektoruna dair müzakirə aparılıb
Fransa müstəmləkəçiliyinin növbəti qurbanları: Basklar və bretonlar - TƏHLİL